Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə iki qırılma xəttinin arasında diametri 37, dərinliyi 12 metr olan çuxur yarandı - FOTO/VİDEO
Türkiyənin Konya vilayətində Seyithacı yaylasında təxminən 1400 kvadratmetr sahədə çuxur yaranıb.
Bu barədə Konya Texniki Universitetindən professor Dr.Fətullah Arık bildirib.
Onun sözlərinə görə, 37 metr diametr, 12 metr dərinlikdə çala iki qırılma xəttinin arasında yerləşib.
Alim, həmçinin bildirib ki, ərazidə çuxurların yaranması nadir hadisə deyil, bu ərazinin cənubunda yerləşən Ekmekçi yaylasında indiyə kimi 100 çuxur yaranıb.
“Karapınarda dünən yeni çuxur əmələ gəlib. Lakin bu, ilin əvvəlindən bəri bu rayonda vətəndaşlar tərəfindən bildirilən ilk çuxurdur. Biz onu yoxlamaq üçün həmin əraziyə yollandıq. Ancaq çalaları zəlzələlərlə əlaqələndirə bilmədik, çünki təbii fəlakətdən təxminən 20 gün sonra yaranıb. Deməli, bu çuxurun nə əvvəlki böyük zəlzələlərə, nə də indiki zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, biz bunu müəyyənləşdirə bilmədik”, - deyə elm adamı bildirib.
Mənbə: TRT Haber