Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədə inanılmaz hadisə: Məscid imamı oxla vuruldu
Türkiyədə məscid imamı Dursun Kurunu oxla vuran Muhammed Fatih G. həbs edilib.
Oxu.Az-ın "Haber Global"a istinadla məlumatına görə, inanılmaz hadisə İstanbulda qeydə alınıb.
Bildirilir ki, şübhəli Muhammed Fatih G. "Necattin" məscidinin imamı Dursun Kuru ilə hələ bilinməyən bir səbəbdən mübahisə etməyə başlayıb. Mübahisədən sonra ibadət ocağından çıxan Mehmet Fatih G. bir müddət sonra əlində oxla geri qayıdıb və D.Kurunu oxla vurub. İmam sağ çiynindən yaralanıb.
Hadisədən sonra Mehmet Fatih G. yaxınlıqda olanlar tərəfindən saxlanılıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb. D.Kuru xəstəxanaya yerləşdirilib.
Hücum edən Mehmet Fatih G. isə "yerinə yetirdiyi ictimai vəzifəsi ilə əlaqədar planlaşdıraraq şəxsi öldürməyə cəhd" maddəsi ilə həbs edilib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə helikopter binaya çırpıldı: Ölənlər var
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb