Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə "qayınana-kürəkən eşqi" ilə bağlı etiraf: "Oğlum pozğundur"
Son günlərdə Türkiyə gündəmini zəbt edən qayınana-kürəkən qalmaqalında yeni təfərrüat üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Televiziya proqramında qayınanası Güldane Şahin ilə qeyri-etik münasibətdə olduğunu etiraf edən və nişanlısı Dileyə qarşı zorakılıq iddiaları ilə gündəmə gələn Cuma Doğanın atası Salih Doğan oğlunun əxlaqsız davranışları barədə ailəni əvvəlcədən xəbərdar etdiyini bildirib.
Onun sözlərinə görə, bu barədə Dileyin atası ilə danışıb:
"Turan qardaşıma vaxtilə zəng edib "Oğlum əxlaqsızdır, evində saxlama" demişdim".
Qalmaqallı hadisə ilə bağlı yayımlanan canlı efirdə iştirak edən Cuma Doğan isə aparıcının "Peşman oldunuz?" sualına "Xeyr" cavabını verib.
Barəsində "ağırlaşdırılmış hədə-qorxu" ittihamı irəli sürülən Cuma Doğan və onunla yasaq münasibətdə olan qayınanası Güldane Şahin məhkəmə tərəfindən həbs edilib.
Məlumata görə, Cuma Doğanın hərbi xidmətdən yayındığı da ortaya çıxıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə UNESCO siyahısına salınmış ərazidə iki milyardlıq çətənə kolları aşkarlandı
- Türkiyədə tısbağalara görə musiqi qadağası qoyuldu
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
- Türkiyədə toyda dəhşətli anlar – Disko topu gəlinin üstünə düşdü
- Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur