Türkiyənin baş naziri Əhməd Davudoğlunun gəncliyini əks etdirən foto-şəkillər yayılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, fotolardan bəzisi 1990-cı ildə Davudoğlunun Malayziya universitetində dosent olduğu dövrdə çəkilib.
O zaman hələ 31 yaşında olan Davudoğlu Malayziya universitetində Politologiya kafedrasını yaradıb.
Bəzi fotolarda isə baş nazirin uşaqlıq şəkilləri əks olunub.