Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyənin ən seksual və çılğın bacıları - FOTOSESSİYA
Sosial şəbəkələrdə fəal olanlar onların məşhur “ciciş” sözünə rast gəlməmiş olmaz. Söhbət Əsra və Ceyda Ərsoy bacılarından gedir.
Oxu.Az ailem.az-a istinadla xəbər verir ki, seksual bədən quruluşuna malik bacılar hamını bəzən “axmaqlıq” həddinə çatan “saflıq”ları ilə təəccübləndirə bilir.
Ümumiyyətlə, bacıların hər videosu ajiotaj yarada bilir, internetdə çox danışılır. Əkiz kimi oxşasalar da, aralarında 3 yaş fərq var. Bəziləri onları çox savadsız hesab etsə də, əslində, ali təhsillərini Türkiyənin məşhur universitetlərindən birində alıblar. Əsra Ankarada Bilkent Universitetinin “Turizm və Otel idarəetməsi” bölümündən məzun olub. Bir müddət öz sahəsi üzrə işləyəndən sonra bacısı ilə birgə Müjdat Gezen Sənət Mərkəzində teatr təhsili alıb.
Ceyda da böyük bacısı kimi Bilkent Universitetində oxuyub, sonra İstanbul Kültür Universitetindən məzun olub. 2010-cu ildə “Fotomodel of Turkey” seçilib. Ölkəsinin ilk qeydiyyatdan keçmiş modellərindəndir.
“Ruffles”, “Burger Kİng”, “Hürriyet Emlak” reklam çarxlarında, həmçinin, “Şipşak Anadolu”, “Həyat gözəldir” filmlərində çəkiliblər.
www.oxu.az