UEFA-nın prezidenti Mişel Platini futbolda “ağ kart”ın tətbiqini təklif edib.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, bu ideya ilə o bu gün satışa çıxarılan, “Futbol haqqında” adlı kitabında danışıb.
Fransız “ağ kart”ı arbitr ilə mübahisə etməyi xoşlayan futbolçulara göstərməyi təklif edib. Bu cəza sahədən 10 dəqiqə müddətinə uzaqlaşdırılmanı nəzərdə tutacaq.
Bundan başqa, Platini daha iki əlavə dəyişmə təklif edib, amma matçın fasiləsi zamanı. O, həmçinin hakimlər üçün yaş həddinə etiraza tərəf çıxaraq, onları fiziki forma və kompitentliyinə görə seçməyə çağırır.