Twitter mikrobloqlar şəbəkəsi, geniş istifadəçi kütləsi üçün daha da cazibədar olmaq üçün profillər üçün Facebook və Google - bənzər xarici görünüş hazırlayıb.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, yeni dizayn fevraldan təcrübədən keçir. Bura geniş başlıq foto, onun üzərində isə avatar üçün şəkil yeri, eləcə də əsas yazılar böyük şriftlə göstərilir.
Sol tərəfdə avatarın altında istifadəçi haqqında qısa məlumat verilir. Facebook-dan fərqi dostların siyahısı şəkillər blokuna qədər verilir. Tövsiyə edilən akkaunt və trendlər sol tərəfdədir.
Bundan başqa istifadəçilər artıq yuxarıda vacib tvitləri verərək onların bütün abunəçilərin görməsini təmin edə bilərlər. Əvvəllər bütün yazılar xronoloji şəkildə verilirdi – yenilərdən köhnələrə doğru – və onu dəyişmək mümkün deyildi. İndi isə “ən yaxşı” tvitlər (daha çox rəy və cavab yazılan) iri şriftlə verilir.
Twitter-in yeni veb-versiyası tədricən üzə çıxacaq - qarşıdakı həftələr ərzində. Mobil versiyanın yaranması haqqında heç bir söz deyilmir.
Dəyişmiş profillərin necə görünəcəyini bilmək üçün Mişel Obama, Zak Efron, Çenninq Tatuma və Floyd Meyvezer kimi məşhurların səhifəsinə baxmaq olar.