Ukrayna yollarında qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, sürücü videokameranın quraşdırıldığı avtomobil hərəkətdə olarkən onun yaxınlığından keçən digər avtomobildə əyləşən qız tərəfindən təhqir olunur - gənc oğlanın idarə etdiyi avtomobildə olan qız cəzasız qalacağını düşünərək, əl işarəsi ilə təhqiramiz hərəkətlər edir.
Təhqir olunmuş avtomobilin sürücüsü isə bu hərəkəti cəzasız qoymamaq qərarına gəlir – o, digər maşını bir qədər irəli buraxaraq, öz avtomobili ilə onu arxadan vurur.
Həmin görüntüləri təqdim edirik.