Beynəlxalq Futbol Federasiyasının prezidenti Yozef Blatter bəyan edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr və dekabr aylarında baş tutacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 2022-ci il Dünya Çempionatının keçirilmə tarixinin yay aylarında Qətərdə güclü istilərlə əlaqədar dəyişdirilməsi nəzərdən keçirilir.
Mümkün variantlar arasında yanvar-fevral və noyabr-dekabr ayları səsləndirilib.
“Orada yay aylarında oynamaq mümkün deyil. Ona görə də 2022-ci il Dünya Çempionatı Qətərdə noyabr və dekabrda keçiriləcək. Mənim fikrimcə, bu, düzgün qərardır”, - Blatter deyib.