Get-gedə artan əhalini yerləşdirməkdə çətinlik çəkən Çin üzən şəhər salmağı planlaşdırır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, artıq üzən şəhərin layihəsi də hazırdır. Pilot layihənin gələn il icra edilməsi planlaşdırılır.
Üzən şəhərin Honk Konq ilə Macau şəhərləri arasında inşa edilməsi planlaşdırılır. 10 kvadrat km sahəsi olacaq adada şəhərdə yaşayanların bütün ehtiyacı qarşılanacaq.
Layihə rəhbərinin sözlərinə görə, insanların işə getmək üçün belə bu adadan çıxmasına gərək qalmayacaq:
“Çünki hər şey adanın üzərində olacaq”.
Burada hətta toplanan zibillərin belə elektrik enerjisinə çevrilməsi planlaşdırılır. Bəzi məhsulları istehsal etmək üçün fabriklər belə qurulacaq.
Ada hətta qlobal iqlim dəyişikliyinə də uyğundur. Belə ki, suyun səviyyəsi yüksəldikcə ada da yüksəlir.