Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Validenynlərinə laqeyd münasibət çinli gənclərə təxminən üç milyon dollara başa gəldi
Çində yaşlı qadın 2,8 milyon dollarlıq (4,7 milyon manat) sərvətini övladlarına verməkdənsə, ev heyvanlarına - itlərinə və pişiklərinə buraxmaq qərarına gəlib.
Hadisə Şanxayda yaşanıb.
Liu soyadlı qadın bunun səbəbini xəstə olduğu müddətdə övladlarının ona baş çəkməmələri ilə izah edib.
Yaşlı qadın qocaldıqdan sonra övladlarının, ümumiyyətlə, ona laqeyd yanaşdıqlarını, ev heyvanlarının isə ona yoldaşlıq etdiyini və rahatlıq verdiyini vurğulayıb.
Çində heyvanların xeyrinə açıq vəsiyyətlər qanunən qadağandır, buna görə də yerli baytarlıq klinikası mülkün idarəçisi təyin edilib.
Hadisə Çində ailə dəyərləri və miras təcrübələri haqqında qızğın müzakirələrə səbəb olub.
Mənbə: Zonglan News
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb