Populyar Hollivud ulduzu Jan Klod Van Damm yeni reklam klipində çəkilib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, reklamın sifarişçisi “Coors Light” adlı pivə şirkətidir. Klipdə 53 yaşlı döyüş filmlərinin ulduzu 1980-ci illərin musiqi sədaları altında dağda buz parçalarını əlləri və ayaqları ilə qıraraq onlardan bar tikir.
Arada Van Damm tikinti alətlərindən də istifadə edir.
Sosial şəbəkələrdə yayılan videoklip artıq populyarlıq qazanıb.