Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Venerada qəribə dairələr: Səthin altındakı qüvvələr planeti gözlərimizin qarşısında dəyişir
Alimlər Venerada səthaltı geoloji aktivliyin izlərini aşkarlayıblar. Yeni araşdırma planetin səthindəki nəhəng dairəvi strukturlar - koronalar vasitəsilə Veneranın hələ də geoloji dəyişikliklərə məruz qaldığını ortaya qoyur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Science Advances" jurnalında dərc edilən elmi araşdırmada məlumat verilib.
Qeyd olunur ki, bu koronalara səbəb planetin dərinliklərindən qalxan isti, ərimiş süxur axınlarının (mantə pluqları) səthə təzyiq göstərməsidir. Onlar Veneranın səthində deformasiya yaradaraq bu iri strukturları formalaşdırır.
NASA-nın "Magellan" kosmik aparatından 1990-cı illərdə əldə olunan məlumatlar əsasında aparılan modelləşdirilmiş simulyasiyalar göstərib ki, Venerada yeraltı hərəkətlər hələ də davam edir. Bu isə planetdə aktiv tektonik proseslərin mövcud olduğunu sübut edir.
Mütəxəssislərin fikrincə, Venerada müşahidə olunan bu proseslər Yer kürəsində hələ tektonik plitələrin hərəkəti başlamamış dövrlərə bənzəyir. Hərçənd Venerada Yerdəki kimi plitə tektonikası yoxdur, planetin səthi vulkanik və tektonik təzyiqlərlə dəyişməyə davam edir.
Alimlərin nəticələrini dəqiqləşdirmək məqsədilə NASA-nın VERITAS missiyası 2031-ci ildə Veneraya göndəriləcək. Missiya planetin geoloji sirrlərini müasir texnoloji cihazlarla araşdıracaq.
Bu kəşf Veneranın "ölü" planet olmadığını və onun hələ də "nəfəs aldığını" göstərir.
"Venera planeti" teqi üzrə xəbərlər
- "Qırmızı planet"in səması yaşıla büründü - Alimləri heyrətləndirən möhtəşəm görüntü
- Gecə səmasında "gülümsəyən üz" görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?
- "İncil"də İsa Məsihin doğulmasını işarə edən "Vifleyem ulduzu"nu bu il müşahidə edə biləcəyik
- Bu gecə altı planet eyni zamanda səmada görünəcək
- Astronomik tamaşa başladı: Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptunun səma "şousu"