Paytaxt Santyaqoda Çili prezidentinin iqamətgahının yerləşdiyi La Moneda sarayı binanın içərisində toksik qaz buludu peyda olduqdan sonra boşaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Mostrador" nəşri yayıb.
Bundan əvvəl Santyaqonun mərkəzindəki bir sıra ərazilərdə, o cümlədən La Moneda sarayında intensiv qaz qoxusu hiss edilmişdi.
Qaz buludunun mənbəyi hələ ki müəyyən edilməyib.