Qadınlar arasında döş xərçənginə qarşı başlanan kampaniya bu dəfə fərqli şəkildə keçiriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, xəstəliyə qarşı diqqətli olmaq üçün 2012-ci ildə Facebook və Tvitter-də keçirilən meyvəli kampaniya bu dəfə WhatsApp vasitəsi ilə ediləcək.
Qadınlar WhatsApp-da vəziyyətlərinə uyğun meyvə adları və ya şəkillərini qoyacaq.
Kampaniyada
Ananas: Subay,
Moruq: Qərarsız,
Alma: Dul,
Albalı: Tanışı var
Banan: Evli
Avokado: Tərəf müqabilim var,
Çiyələk: Özünə uyğun doğru seçimi edə bilmir,
Limon: Subay olmaq istəyir,
Üzüm: İstənilən biri ilə evlənmək istəyir - anlamı verəcək.
E.Ə.
www.oxu.az