Yaponiya baş naziri Sindzo Abenin kortejinin əsas magistral yolda hərəkətinin videosu qısa zamanda sosial şəbəkədə populyarlaşıb.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə baş nazirin mühafizəçilərinin nəzakətli davranışı diqqət çəkib.
Belə ki, cangüdənlər xüsusi əl hərəkətləri ilə sürücülərdən onlara yol vermələrini istəyiblər. Bu anların əks olunduğu kadr qısa zamanda sosial şəbəkələrdə yayılıb və Sindzo Abenin sadəliyi rəğbətlə qarşılanıb.
N.О.