AES-i də darmadağın edən Sunamidən üç il sonra yapon rəssamı Masamişi Kaqaya “Radiasiya obrazları” adlı ekspozisiya yaratmağı qərara alıb.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, rəssamın təqdim etdiyi əsərlərin janrını instalyasiya adlandırmaq olar, amma bu, sadəcə ümumi addır.
Müəllifin fikrinə görə ekspozisiyaya mənanı bütün əsərlərin yalnız AES-də olan əşyalardan hazırlanması verir.
Sərgilənənlərin içində - qəzanın nəticələrinin aradan qaldırılması üçün çalışan adamlardan radiasiya fonunun qrafiki də var.
Sərgi Yaponiya paytaxtının məşhur qalereyalarından birində açılıb.
Üzərinə həm də kuratorluğu götürən rəssam deyir ki, onun yığdığı sərgi yalnız artistik deyil, həm də ictimai aktdır. O, nüvə enerjisindən ən sülhsevər məqsədlərlə belə istifadə edilərsə bütün daşıdığı təhlükələri anlamağa çağırır.
Sərgi Tokioda bir neçə ay ərzində fəaliyyət göstərəcək, sonra isə ölkənin digər ölkələrinə səyahətə yola düşəcək.