Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiyada 2023-cü ilin rəmzi olan heroqlif seçildi - FOTO/VİDEO
Yaponiyada ənənəvi olaraq başa çatmaqda olan ilin simvolu seçilib. Bu münasibətlə təntənəli mərasim Kiotodakı buddist “Təmiz Su məbədi”ndə keçirilib.
Yaponiyada 2023-cü ilin rəmzi olaraq “zei” (“vergi”) simvolu seçilib. Bildirilib ki, cari ildə Yaponiyada əksər xəbərlər vergilər mövzusuna həsr olunub.
Ənənəyə əsasən, ilin simvolunu məbədin abbatı, rahib Seyhan Mori 130x150 sm ölçülü düyü kağızı vərəqinə çəkib.
Xatırladaq ki, 2022-ci ildə simvol “Ikusa” (“döyüş, müharibə”) heroqlifi olmuşdu. Təşkilatçıların fikrincə, bu seçim bir neçə səbəbdən, o cümlədən koronavirusa qarşı davam edən mübarizə, Ukraynadakı münaqişə, həmçinin yapon idmançılarının Pekində keçirilən Qış Olimpiya Oyunlarında uğurlu çıxışı ilə bağlı edilib.
İlin simvolu 1995-ci ildən müəyyən edilir. Cari mərasim ardıcıl 29-cu olub.
Mənbə: TASS