Rusiya paytaxtında yaşayış binasında baş verən dəhşətli partlayış zamanı beş nəfər yaralanıb. Alov bir anın içində binanın üç mərtəbəsini əhatə edib.
“112” “Telegram” kanalı partlayışın ilk anları barədə görüntüləri paylaşıb.
Kadrlarda hadisədən sonra binadan çıxan yarıçılpaq qadının bir neçə addımdan sonra yerə yıxıldığı görünür.
Ümumilikdə binadan 16 nəfər təxliyyə edilib.
Yaralılar yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimallara görə, hadisəyə qaz partlaması səbəb olub.