Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata keçirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” altsistemi yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürəcəklər. Bununla yanaşı ərazidə AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartlarının yoxlanışı həyata keçiriləcək.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər.