Sosial şəbəkədə insanın qanını donduran dəhşətli görüntülər yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yayılan videoda avtobusdan düşən iki nəfərin qəfildən yerdə açılan çuxura düşdüyü müşahidə olunur.
Hadisənin Cənubi Koreyada baş verdiyi bildirilir.
Naməlum çuxura düşən qadın və kişi daha sonra xilasedicilərin yardımı ilə quyudan çıxarılır.
İnsan tələfatının baş vermədiyi hadisədə yerin hansı səbəbdən çökməsi və bunun nə çuxuru olması barədə məlumat verilməyib.
Baş vermiş bədbəxt hadisə isə anbaan avtobusun təhlükəsizlik kamerasına düşüb.
E.Ə.
www.oxu.az