Sosial şəbəkələrdə yayılan azərbaycanlı yol polisinin görüntüləri istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Oxu.Az baku.ws-yə istinadən xəbər verir ki, sərhədə yaxın rayonlarımızdan birində çəkilən görüntülərdə motosikletli sürücüyə yaxınlaşan polis əməkdaşı ondan haradan gəldiyini soruşur. Turistin Gəncəyə qonaq gəldiyini öyrənən polis ona nə kimi kömək edə biləcəyini soruşur.
Özünə qarşı göstərilən xoş münasibətdən razı qalan turist polisə təşəkkür edib və ondan sərhədə qədər olan məsafənin nə qədər olduğunu soruşub.
Sərhədə 65 km qaldığını öyrənəndən sonra isə yoluna davam edib.
Həmin görüntüləri təqdim edirik :
İ.N.