Azərbaycanlı gənc müğənni Ena Makedoniyanın Skopye şəhərində keçirilən “Eurofest” musiqi festivalında ikinci yerə layiq görülüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu ilin May ayında Bolgariyada keçirilən “Discovery Pop Festival”da laureat olan 17 yaşlı gənc qızın bu il ərzində ikinci nailiyyətidir.
Ena adının fərqliliyinə baxmayaraq milliyətcə azərbaycanlıdır. Gənc müğənni “Eurofest”in ardınca yenə də bir neçə populyar musiqi festivallarına təklif aldığını söyləyir.
Qeyd edək ki, festival 1987 ci ildən Makedoniyada “Europian Festival” adi ilə keçirilsə də, 2010-cu ildən “EuroFest” adı ilə fəaliyyət göstərir.