Azərbaycanın premium kinoteatrı olan “28 Cinema” növbəti dəfə jurnalist və bloggerlər üçün qapalı film nümayişi keçirib.
Oxu.Az xəbər verir ki, media nümayəndələri maraqla gözlənilən “Sağ qalanlar” filmini ilk izləyənlərdən olublar. Filmin nümayişi “28 Cinema”nın luks zalı olan “Platinum Movie Suites” zalında keçirilib.
Nümayişdən sonra media nümayəndələri filmi müzakirə ediblər və film haqqında öz fikirlərini bölüşüblər.
“Sağ qalanlar” filmi pilot Reyford Stil haqqında əhvalatdır, hansı ki, uçuş zamanı bir neçə sərnişinin bir başa təyyarənin salonunda yoxa çıxması ilə qarşılaşır. Tezliklə izsiz yoxa çıxma hadisələrinin baş yerlərdə də baş verdiyi məlum olur. İnsanları vahimə bürüyür.
Film ABŞ istehsalıdır. Film triller və döyüş janrlarında çəkilib. Filmdə Çad Maykl Mürrey, Kassi Tomson, Nikki Uilan, Cordin Sparks və “Oskar” mükafatı laureatı Nikolas Keyc kimi məşhur Hollivud ulduzları rol alıb.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.
Aytən Sadıqzadə
www.oxu.az