Azərbaycanın premium kinoteatrı “28 Cinema” oktyabr ayının 25-də yerli media nümayəndələri üçün film nümayişi keçirib.
Oxu.Az xəbər verir ki, film nümayişində jurnalistlər “Dözülməz bosslar 2” filminin ikinci hissəsini ilk izləyənlərdən olublar. Tədbir sonrası jurnalistlər filmi birgə müzakirə ediblər.
“Dözülməz bosslar 2” filmi üç dostdan bəhs edir. Filmdə öz dəhşətli bosslarından intiqam aldıqdan sonra, üç dost – Nik, Deyl və Kurt fikirləşirdilər ki, artıq rahat nəfəs ala bilərlər. Lakin heç də belə deyil! Sən demə, elə müdirlər olur ki, əvvəlki “dözülməz bosslar” onların yanında mələkdirlər!...
Film ABŞ istehsalıdır və komediya janrında çəkilib. Filmin rejissoru Şon Andress, rollarda Ceyson Beytman, Ceyson Sudeykis, Çarli Dey, Cennifer Eniston və Kris Payn kimi məşhur aktyorlar çəkilib.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Aytən Sadıqzadə