Livan müğənnisi və aktrisası Sabah Beyrutda 88 yaşında vəfat edib, Al Jazeera bildirib.
Oxu.Az xəbər verir ki, onun ölüm səbəbləri açıqlanmır.
Sabah (əsl adı – Jannet Circis Əl-Feqali) ərəb dünyasında çox məşhur olub. Sağlığında ona Beyrutda heykəl ucaldıblar. O, 1927-ci ildə Livanın paytaxtının yaxınlığında xristian ailəsində anadan olub. Öz karyerasına 1940-cı ildə Misir filmlərində çəkilərək başlayıb. O, 98 filmdə və 20 tamaşada rol alıb. Onun 50 studiya albomu və 3,5 min mahnısı var.
Aktrisa Avropa televiziyasında yalnız bir dəfə çıxış edib: 1980-ci ildə Le Grand Echiquier fransız teleşousunun efirində bir neçə mahnı ifa edib. O, Livan, Misir, İordaniya və ABŞ vətəndaşlığına malik olub.
Sabah yalnız yaradıcılığı ilə deyil, həmçinin şəxsi həyatı ilə də marağa səbəb olmuşdu. Müğənni doqquz dəfə ərdə olub.