Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” may ayının 21-də möhtəşəm Qala-gecə keçirib.
Oxu.Az xəbər verir ki, kinoteatr premyeradan bir gün öncə mövsümün ən çox gözlənilən filmi olan “Monako Şahzadəsi” filmi üçün qapalı nümayiş keçirib.
“Qarant Sığorta”, Nargis jurnalı, 107.7 “AvtoFM”, “Paşa Bank” və “Wedding Art House”un sponsor olduqları tədbirə ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər dəvət olunublar. Qala-gecə həmçinin, ölkənin aparıcı kütləvi informasiya vasitələri, media nümayəndələri tərəfindən işıqlandırılıb.
Tədbirdə qonaqlar üçün furşet təşkil olunub, sponsorlar tərəfindən müxtəlif müsabiqələr keçirilib və sonda intizarla gözlənilən “Monako Şahzadəsi” filmi nümayiş olunub. Gecəyə giriş yalnız dəvətnamə əsasında keçirilib.
Qeyd edək ki, “Monako Şahzadəsi” filmi may ayının 22-dən etibarən “28 Cinema”da nümayiş olunmağa başlayıb.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.