Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” mayın 8-dən etibarən yeni filmlərin nümayişlərinə başlayır.
Oxu.Az xəbər verir ki, kinoteatrın repertuarına “Sarışın efirdə” komediyası, “13-cü rayon: Kərpic evlər” döyüş filmi və “Pişik Qrom və sehrli ev” 3D cizgi filmi daxil olub.
“Sarışın efirdə” filmi Los-Anceles televiziyasında perspektivli vəzifəyə uğursuz müsahibədən sonra kədərdən kef etməyə gedən təkəbbürlü aparıcının əhvalatıdır. Qızğın gecədən sonra, O, küçədə üzərdinə nə pulu, pasportu və avtomobili olmayan halda ayılır. Bircə mobil telefon var, harda ki, SMS gəlib: “Təbrik edirik! Siz işə qəbul olunmusunuz. Bu gün ilk efirinizdir”. Yazıq qadın ayıldığı yerdən – şəhərin ən pis hissəsindən bir təhər efirə çatmalıdır. Bu yolda qəhrəman davamlı olaraq qəribə hadisələr ilə qarşılaşır və onların hesabına taleyi tamam dəyişir.
“13-cü rayon: Kərpic evlər” filmi döyüş janrında çəkilib. Film Kərpic ev gettosunun narkotik dileri tərəfindən oğurlanmış kütləvi qırğın silahını axtaran gizli xəfiyyə haqqındadır. Xəfiyyə axtarışda kömək üçün rayonu yaxşı tanıyan və quldurlardan qorxmayan yeganə adam – Linoya müraciət edir.
“Pişik Qrom və sehrli ev” 3D balaca küçə pişiyindən bəhs edən cizgi filmidir. Hər şey ilə maraqlanan kürən pişik qoca sehrbazın evinə düşür və onun bütün sehrlərini öyrənir. Beləcə onun alim heyvanlarla, canlı oyuncaqlarla, həmçinin gülməli və təhlükə dolu hadisələr ilə tanışlığı başlayır.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.