“28 Cinema” kinoteatrı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar olaraq Vaqif Mustafayevin çəkdiyi “Patriot” qısametrajlı sənədli filmini nümayiş edəcək.
Oxu.Az xəbər verir ki, sözügedən ekran əsəri rejissorun 2004-cü ildə lentə aldığı və dahi liderə həsr etdiyi sayca 9-cu filmidir.
Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərini əhatə etməsi barədə bəhs edir.
“Patriot” qısametrajlı sənədli filmi dekabr ayının 12-də, saat 11:00-da nümayiş olunacaq. Filmə baxış pulsuzdur.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.
Aytən Sadıqzadə
www.oxu.az