Kinoteatr “Bir hekayəm var” və “Startap” filmlərinin nümayişlərinə başlayıb.
Azərbaycanın premium səviyyəli kinoteatr “28 Cinema” həftənin premyera sıralarına yeni türk filmini daxil edib. Belə ki, aprel ayının 3-dən etibarən kinoteatrda Türkiyə istehsalı olan və komediya janrında çəkilmiş “Bir hekayəm var” filminin nümayişlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, filmin əsas süjet xətti film çəkmək arzusu ilə yaşayan Mərt haqqındadır. Onu bu arzusuna çatdırmaq üçün ən yaxın dostları Okay və Aras da layihəyə qoşulurlar. Lakin filmin büdcəsi çox böyük olduğundan dostlar çoxlu yalanlar söyləyərək borc yığırlar və təbii ki, bu yalanlar onların başına bəla olacaq. Lakin geriyə yol yoxdur. Qarşıda onları macəra dolu hadisələr gözləyir.
Filmin rejissoru Talip Karamahmutoğludur, rolları isə Bülent Çolak, Kadir Doğulu və Müge Boz kimi məşhur aktyorlar oynayıb.
Eyni zamanda “28 Cinema”da Rusiya istehsalı olan “Startap” filmini də izləmək şansınız olacaq.
Film Rusiyanın iri axtarış portalının yaradılması tarixindən bəhs edir.
Filmin baş qəhrəmanı proqramçıdır. O, özü kimi cavan, iddialı və arzusu olan tələbələr ilə Moskva institutlarının birində oxuyur. Bir gün Borisin, internetde axtarış sistemi yaratmaq arzusu yaranır. O, ən yaxın dostu Sevo və bir neçə yoldaşı ilə öz arzusunu reallaşdıra bilir.
Bu - dostluq, öz işinin qurması naminə verdiyi qurbanlar və illər ərzində öz arzusuna çatmaqla əldə olunan nailiyyətlər haqqında əhvalatdır.
Filmin çəkilişlərindən əvvəl, 90-cı və 2000-ci illərdə Rusiyada yaranmış İT-şirkətlərin yaranması təcrübəsinin öyrənilməsində geniş işlər aparılıb. Bunun üçün filmin ssenarist və prodüseri yerli iri internet-şirkətlərin və texnoloji startapların yaradıcıları ilə onlarla müsahibə keçiriblər. Nəticədə real hadisələrə əsaslanan bədii hekayə yaradılıb.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.