Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” möhtəşəm filmin növbəti hissəsinin nümayişlərinə başlayır.
Oxu.Az xəbər verir ki, kinoteatr may ayının 22-dən etibarən öz böyük ekranlarına “İks adamlar: Keçmiş gələcəyin günləri” 3D filmini çıxarır. Bu, “İks adamlar” komiksi əsasında çəkilmiş sayca dördüncü filmdir.
Gələcəkdə - haradakı düşərgədə məşq keçmiş, azadlıqdan məhrum olmuş mutantlar yaşayır. Mistikin başçılığı altında qəddar mutantlar qardaşlığına qarşı müharibə bitmir. Keçmişdə mutantları təcrid edə biləcək keşikçilərin hökmranlığının qarşısını almaq imkanı var. Zamanda səyahət etmək bacarıqlarına görə gələcəkdə yaşayan Kitti Prayd hazırkı mutantları onları nə gözlədiyi haqqında xəbərdar edir.
Rejissor filmdə Civə mutantının “sürətli” xüsusiyyətlərini nümayiş etdirmək üçün, Civə mutantı olan səhnələri saniyədə 3600 kadr olan qeyri-adi formatda çəkib.
Film ABŞ istehsalıdır. Filmin rejissoru Brayan Singerdir. Filmdə Maykl Fasbender, Ceyms Mak Evoy, Cennifer Lourens, Anna Pekuin və Xyu Cekman kimi məşhur aktyorlar çəkilib.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.