Türkiyənin məşhur aktrisası Canan Ergüder süd vəzi xərçənginə tutulduğu üçün baş rolunu oynadığı “Menejerimi ara” serialından ayrılıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
Kimya terapiyasına başlayan aktrisa çəkiliş meydanından çəkdirdiyi fotoları özünün “Instagram” hesabından paylaşıb.
“Bəzən izlədiyimiz yol gözlənilməz bir dönüşə səbəb ola bilər. Əhəmiyyətli olan çox sarsılmadan axına tabe olmaqdır. Bildiyiniz kimi, səhhətimlə əlaqədar bir müddət işimə ara verirəm. Bu axşam “Menejerimi ara”da oynadığım son bölüm olacaq. “Feris Dikmen”lə vaxtsız vidalaşmaq mənim üçün çətin olsa da, onu oynaya bilmək çox xoş idi”, - deyə Ergüder bildirib.
Pərəstişkarları bu xəbərdən çox kədərlənərək, onun tezliklə sağalmasını diləyiblər.
Посмотреть эту публикацию в Instagram"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto
- İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt: Sütununda aşkarlanan balıqqulağı diqqət çəkdi - Foto
- Əfsanəyə bənzərliyi ilə diqqətləri üzərinə çəkdi: "Türk Kollina" - Foto
- Türkiyədə keçmiş nazirin şübhəli ölümü: İşçilərindən biri üçün qırmızı bülleten tələb olundu
- Türkiyədə qaya uçqunu: Azərbaycan qeydiyyatlı TIR-a ziyan dəydi - Video
Digər xəbərlər