Sentyabrın 20-dən oktyabrın 20-dək Kiçik Qala küçəsi, 58 ünvanında (İçərişəhər) yerləşən KichikGalArt Qalereyasında YARAT Müasir İncəsənət Məkanın təsisçisi və rəhbəri Aida Mahmudovanın “Daxili dünya” adlı personal sərgisi keçirilir.
Oxu.Az “Nərgiz” jurnalına istinadən xəbər verir ki, tədbirin rəsmi açılış mərasimi sentyabrın 20-də keçirilib.
Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, həmçinin tanınmış ictimai-siyasi xadimlər və incəsənət nümayəndələri iştirak ediblər. Onlar istedadlı rəssamın yaradıcı axtarışlarını yüksək qiymətləndiriblər.