“Love Me, Love Me Not” Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir.
Oxu.Az xəbər verir ki, sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən “YARAT” qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan və dəstəklənən və kuratoru xanım Dina Naseri-Xadivi olduğu bu tədbir 2014-cü ilin 4 aprel-25 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.
Əsərləri nümayiş olunan rəssamlar:
Rəşad Ələkbərov (Azərbaycan)
Əfruz Amiqi (İran)
Şoca Azəri (İran)
Rəşad Babayev (Azərbaycan)
Mahmud Baxşi (İran)
Əli Bənisədr (İran)
Əli Həsənov (Azərbaycan)
Orxan Hüseynov (Azərbaycan)
Sitara İbrahimova (Azərbaycan)
Aidə Mahmudova (Azərbaycan)
Taus Maxaçeva (Rusiya)
Fərhad Moşiri (İran)
Fərid Rəsulov (Azərbaycan)
“Slavyanlar və Tatarlar” qrupu (Avrasiya)
İliko Zautaşvili (Gürcüstan)
Faiq Əhməd (Azərbaycan)
2011-ci ildə Aidə Mahmudova tərəfindən təsis edilən “YARAT” Müasir İncəsənət Təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və cəmiyyət tərəfindən mənimsənməsi ilə məşğul olan, habelə Azərbaycan incəsənətinin ölkədə və xaricdə təqdim olunması sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.