Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı bədii filmdə rol alıb.
Oxu.Az xəbər verir ki, bu barədə aktrisa “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb. O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib:
“Bakı Media Mərkəzinin istehsalı olan, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filminin uzunmüddətli çəkilişləri bitdi. Bu filmdə mənim iştirakım da oldu. Tarixdə çox dəyərli sənəti və əxlaqı ilə yadda qalan Məryam Sulkeviçin qəhrəmanını canlandırırdım. Bütün çəkiliş qrupuna təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən film ümumilikdə səkkiz seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Mədəniyyətin qəzalı ünvanları: 9 məktəb, 70 kitabxana və 99 klub
- Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb
- Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - Foto
- "Böyük Qayıdış" layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb
- "55 yaşında insan balet oynaya bilər?" - Fərhad Bədəlbəylidən pensiya məsələsinə etiraz
Digər xəbərlər