İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safina Heydər Əliyev Mərkəzində ötən gün solo konsert proqramı ilə çıxış edib.
Oxu.az AzərTAc-a istinadən xəbər verir ki, məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri Viktor Babarikinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Alessandro Safina Bakıda təşkil olunan ilk konsertində tamaşaçılara unudulmaz anlar yaşadıb.
O, iki saatlıq konsert proqramında azərbaycanlı pərəstişkarlarına “Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur mahnılarını təqdim edib.