Dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova konsert proqramı ilə çıxış edəcəklər.
Oxu.Az xəbər verir ki, konsert noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində baş tutacaq. Gecədə muğam dəstgahları, təsniflər, xalq və bəstəkar mahnıları təqdim olunacaq.
Aytən Sadıqzadə