Azərbaycanın xalq artisti Alim Qasımovun diskləri İranda satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, disklərə xanəndənin 2000-2004-cü illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda, bu il mayın 13-də Tehranda keçirdiyi konsertdən bir səhnə daxil edilib. Xanəndənin 2000-ci il konserti iki ədəd CD, 2004-cü il konserti isə bir ədəd DVD formatında buraxılıb.
Qeyd edək ki, disklər Tehranın “Avaye Barbad” Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.