Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Anar Kərimov Türkiyə-Azərbaycan tədbirində çıxış edəcək
2021-ci ilin Türkiyədə Yunus Əmrə, Azərbaycanda isə Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar “Nizamidən Yunusa Bir olmaq” adlı tədbir keçiriləcək.
Bu barədə “Son Dakika” xəbər yayıb.
Məlumata görə, tədbir Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və azərbaycanlı həmkarı Anar Kərimovun iştirakı ilə onlayn keçiriləcək.
Türkiyə vaxtı ilə saat 11:00-də (Bakı vaxtı ilə saat 12:00) keçiriləcək tədbirin açılışında həmçinin Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş, türkiyəli ədəbiyyat tarixçisi Mustafa Özçelik, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və millət vəkili İsa Həbibbəyli çıxış edəcək.
Tədbir Yunus Əmrə İnstitutunun sosial media hesablarında canlı yayımlanacaq.
"Türkiyə" teqi üzrə xəbərlər
- Ərdoğanın müşaviri: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq"
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Türkiyədə məktəblərin birində 100-dən çox şagird xəstəxanalıq oldu
- İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb
- Rəsmi İrəvan: "Ermənistan martın 1-dən sərhəd-keçid məntəqələrində nəzarəti müstəqil həyata keçirir"