Premium kinoteatrlar şəbəkəsi CinemaPlus “Angry Birds kinoda” animasiya filminin nümayişlərinə başlayıb.
Oxu.Az xəbər verir ki, animasiya filmi populyar oyun personajları olan quş və donuz balalarının məşhur qarşıdurması haqqında danışacaq, həmçinin sevimli qəhrəmanların maraqlı sirlərini açacaq.
Cizgi filminin rejissorları Clay Kaytis və Fergal Reillydir. Ssenari Con Vittiyə məxsusdur. Baş rolları Piter Dinkleyc, Ceyson Sudeykis, Bill Heyder, Kiqen–Maykl Ki, Coş Qed və digərləri səsləndirirlər.
Hadisələr uça bilməyən quşlar ilə məskun edilmiş cənnət adasında cərəyan edir. Onların arasında 3 uğursuz var: Qırmızı, Qara, Sarı. Adaya donuzlara oxşar işğalçılar hücum etməkdən öncə onların qabiliyyəti heç kimə lazım deyildi. Lakin bu məqamda qəhrəmanlarımız yada düşdü! Yalnız onlar yaşıl donuz balalarının yürüşünü dayandıra bilərlər!
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının açılışı baş tutdu. Kinoteatr Nizami küçəsi 8 ünvanında “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.
Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləyin.