Xalq artisti Arif Quliyevdən onu sevənlərə kədərli xəbər var.
Oxu.Az Modern.az saytına istinadən xəbər verir ki, aktyor uzun müddətdir xəstəlikdən əziyyət çəkir:
“Şükür Allaha, özümü yaxşı hiss edirəm. Sadəcə, səhhətimdə bir az problemlər var. Beyindaxili sinirlərin tutulması problemidir. İranda bununla bağlı yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. Ona görə il yarımdır işləmirəm”.
Aktyor maddi vəziyyəti ilə bağlı bunları etiraf edib:
“Maddi vəziyyətim belə də, budur da. Sağ olsunlar, kömək eləyən də olur, eləməyən də. Mən inciyən deyiləm, indi kim eşidir, bilir. Heç kəs borclu deyil ki. Əsasən, tanışlar kömək edirlər. Maddi vəziyyətim çətinliklə müalicə almağa imkan verir. Ümid Allahadır”.