Gülüş ustası Arif Quliyev bu dəfə tamaşaçıları yeni verilişi ilə sevindirəcək.
Oxu.Az xəbər verir ki, Xalq artisti bu haqda show.az-a açıqlamasında məlumat verib.
“Bu veriliş yumor üslubunda olacaq. Ssenari müəllifi Fariz Əliyevdir. Bu formatda əvvəllər “Zarafatsız” adlı bir veriliş var idi. Biz onu yeni bir formatda edəcəyik. Mənimlə bərabər verilişin aparıcısı Elşad Usubov da olacaq. İnanırıq ki, tamaşaçılar tərəfindən seviləcək”.
Verilişin Space telekanalında yayımlanması gözlənilir.