Xəzər televiziyasının “Xəbərlər” proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəfli bu telekanaldakı işinə son verib.
Oxu.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə telejurnalistin özü xəbər verib:
“Müəyyən səbəblərə görə, 7 ildir işlədiyim Xəzər TV-dən ayrılıram. Bu gün “Xəzər-Xəbər”də sonuncu efirim olacaq” - deyə A.Nəcəfli bildirib.
O, telekanaldan ayrılmağının səbəbinə aydınlıq gətirməyib.
Qeyd edək ki, Anar Nəcəfli son illər “Xəzər-Xəbər”in simasına çevrilmişdi.