Rejissor Ceyms Kameronun “Avatar-2” filminin çəkilişlərinin bərpa edilməsindən sonra ilk görüntü paylaşılıb.
“RİA Novosti”nin məlumatına görə, fotonu amerikalı prodüser Con Landau “Instagram” hesabında yayımlayıb.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən filmin çəkilişləri mart ayında dayandırılmışdı.
Bu gönderiyi Instagram'da görUsed my iPhone to snap a picture of our first shot back in production on the Avatar sequels.
Prodüser eyni zamanda C.Kameronun və komandasının işlədiyi yeri - Vellinqtondakı “Stone Street Studios”u da göstərib.
Qeyd edək ki, bundan əvvəl “Avatar-2”də yeni texnlologiyalarla həyata keçirilən sualtı çəkilişlərin fotoları yayımlanmışdı.
Digər xəbərlər