Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Azərbaycan filmləri beynəlxalq film festivalında
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyənin Trabzon Beynəlxalq Film Festivalına dəvət alıblar. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq.
“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, festival 26 avqustadək davam edəcək.
Festivalda filmlərimizi “Dərs” filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcək.
Festivalda həmçinin gənc rejissor Fehruz Şəmiyev “Yol” filmi ilə iştirak edəcək.
Aytən Sadıqzadə
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə Şişli bələdiyyə sədrinin müavini həbs olundu
- Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Türkiyədə qəribə hadisə: Sərnişin avtobusundakı qutudan piton çıxdı