Aprelin 8-də Londonda ənənəvi Beynəlxalq kitab sərgisi açılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə sərgidə təmsil olunur.
Milli ekspozisiyamızı təşkil etmək məqsədilə sərgidə stend avadanlıqları quraşdırılıb. Burada ölkəmizin tarixindən, mədəniyyətindən, ədəbiyyatından, turizm imkanlarından, Qarabağ həqiqətlərindən bəhs edən kitab və reklam çap məhsulları nümayiş olunur.
Sərgi 3 gün davam edəcək.