Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu başa çatıb.
Oxu.Az-ın məlumatına görə, iki gün davam edən tədbir Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli, teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Aprelin 11-də birinci panel müzakirə “Azərbaycan teatrında ənənə və trendlər” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası” mövzuları kontekstində çağdaş teatr və onun həndəvərində olan ümumi və spesifik problemlər müzakirə obyektinə çevrilib.
Tədbirdə teatr problemlərinin geniş təhlil edildiyi panel iclasından sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.
Forum aprelin 12-də “Konsepsiya və strateji hədəflər” və “Teatr sahəsində insan kapitalının inkişafı” adlı iki panel iclası ilə işini davam etdirib.
13:00
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu davam edir.
Oxu.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak edirlər.
Forumun sonuncu günü çərçivəsində konsepsiya və strateji hədəflər, teatr sahəsində insan kapitalının inkişafı kimi mövzular müzakirə olunacaq.
İlhamə Əbülfət
Rəylər