Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rövzət Qasımov: “39 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim edib”
“39 siyasi partiya maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
Qurum rəsmisi qeyd edib ki, bu partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatını təqdim edib:
“20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Məntəqə seçki komissiyasının üzvləri: "Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Məzahir Pənahov: "Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır"
- Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
- Aprelin 1-dək partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər