Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü ilə əlaqədar tədbir keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu gün dünyada XII , Azərbaycanda isə IX dəfədir ki, qeyd edilir.
Tədbir cərcivəsində ilk dəfə olaraq “Beynəlxalq Çay Festivalı” keçiriləcək. Festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunacaq.
Tədbirdə Yaponiya,Koreya, Çin, İran, Hindistan, Türkiyə və s.kimi ölkələrin çay mərasimləri göstəriləcək.