Gənc şair Kamran Su (Rüstəmov) gecə saatlarında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, 27 yaşlı şair infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, o, üç ay bundan əvvəl ailə həyatı qurub. O, son dönəmlərdə Tbilisidə yaşayırdı. Əsərlərini, əsasən, şəxsi bloqunda paylaşırdı.
